"Məqam-M" MMC


“Məqam-M” hüquq firması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təşkil edilmişdir və firma öz fəaliyyətini hüquqi konsaltinq və müştərilərin mənafelərinin dövlət və qeyri-dövlət strukturlarında təmsil edilməsi sahələrində aparır.

“Məqam-M” hüquq firmasının xidmətlərindən istər Azərbaycan istərsə də xarici hüquq və fiziki şəxslər istifadə edə bilərlər.

Firmamız tərəfindən göstərilən xidmətlərin sahəsi geniş və çoxşaxəlidir.

Məsuliyyət, məsələyə individual yanaşma, yüksək dərəcəli hüquqi xidmətlərin göstərilməsi, işgüzar saflıq “Məqam-M” hüquq firmasının siyasətinin bünövrəsidir

“MƏQAM-M” MMC-nin hüquqi xidmət göstərməyə müvafiq icazəsi olan, səriştəli hüquqşünasları hüquq xidmətlərinin icraçısı olaraq sizə sərfəli şərtlərlə aşağıdakıları təklif edir:
Sizin və ailə üzvlərinizin hüquqi nümayəndəsi olmaqla müxtəlif dövlət orqanlarında, ictimai təşkilatlarda, yerli idarəetmə orqanlarında, məhkəmələrdə maraqlarından çıxış etmək, hüquqlarınızı müdafiə etmək.
Azərbaycan Respublikası qanunvericiliyi, o cümlədən vergi, mülki, cinayət, əmək, ailə, vərəsəlik, gömrük və sair sahələr üzrə və xarici dövlətlərin qanunvericiliyi ilə əlaqədar olaraq şərhlər, izahatlar vermək, çıxarışlar təqdim etmək; Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunların tətbiqi üzrə məsləhətlər vermək;
Məhkəmələrdə iddialar qaldırmaq, pozulmuş hüquqlarınızın bərpası üçün qanunla qadağan olunmayan bütün imkanlardan istifadə etməklə, cinayət işləri üzrə zərərçəkmiş şəxsin, şahidin nümayəndəsi kimi istintaq orqanlarında və məhkəmələrdə hüquqlarınızın müdafiəsini təmin etmək,
Audit və sair xidmətlərin göstərilməsinə vasitəçilik etmək; ixtiraçılıq, patent və müəlliflik hüquqlarının tanınmasına və bərpasına nail olmaq.
Cəmiyyətin hüquqşünasları kommersiya layihələrinin həyata keçirilməsi ilə əlaqədar olaraq Sizə mümkün qədər dəqiq məlumat verməyə çalışacaqlar. Bu məlumatlar Sizin kommersiya qərarlarını qəbul etdiyiniz zaman ortaya çıxa biləcək hər hansı maneə və təhlükələr barədə tam məlumatlara malik olmağınıza zəmin yaradacaqdır.
“Məqam-M” hüquq firması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 10 iyul 2006-cı il tarixində təşkil edilmiş və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

 


"MƏQAM - M"  MMC
Ünvan - Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küç 11 
Tel -   (012 ) 
Faks(012 ) 
Mob - (050) 411 06 06
office@meqam-m.com

 


  

"Due Diligence Xidməti" 

“MƏQAM – M” hüquq firması yerli sahibkarlar və xarici hüquqi şəxslərə “DueD” və ya “DD” (“Legal Due Diligence”) xidmətini təklif edir :

Zəruri təhlil kimi ifadə edilən “DD” xidmətinin əsas mahiyyətini hər hansı bir sahibkarın öz xahişi ilə fəaliyyətinin bütün istiqamətlərdə araşdırılması təşkil edir. Daha dəqiq desək, firmanın faəliyyətinin təşkil edilməsi ilə bağlı təhlillərin aparılması, mümkün risk və təhlükələrin hesablanması və səmərəli fəaliyyətin həyata keçirilməsi ilə bağlı gələcəyə dair proqnozların verilməsi “Due Diligence” xidmətində öz əksini tapmışdır. 


Çətin "MƏQAM"da gülümsəməyi öyrən